Berinq boğazı

coğ. le détroit de Béring

beretli
Berinq dənizi
OBASTAN VİKİ
Berinq boğazı
Berinq boğazı (bering) — Çukot dənizi ilə Berinq dənizini bir-birinə bağlayır. Berinq boğazı, Asiyanın ən şərq nöqtəsi (169 ° 44 'W) ilə Amerikanın ən qərb nöqtəsi (168 ° 05' W) arasında bir boğazdır. Rusiya ilə ABŞ (Alyaska) arasında coğrafi bir sərhəd mövqeyində olması ilə birlikdə Amerika və Asiya qitələrinin bir-birinə ən yaxın olduğu yerdir. Boğaz təxminən 83 km genişliyində, 30–50 m dərinliyində olub şimalındakı Çukot dənizi (Şimal Buzlu okean) ilə cənubundakı Berinq dənizini (Sakit Okean) bir-birinə bağlayır. 1648-ci ildə Semyon Dejnev tərəfindən keçildiyi qəbul edilməsinə baxmayaraq, adını boğazı 1728-ci ildə keçən Rus əsilli Danimarkalı səyyah Vitus Berinqdən almışdır. Buzlaq dövründə boğazın bir quru körpü rolu oynadığı məlumdur. Bəzi elm adamları, bu çağlarda suların böyük hissəsinin buza çevrilərək dəniz səviyyəsini saldığına və daha çox quru parçasını göz önünə çıxardığına inanır; bəziləri də boğazın tamamilə donduğunu, beləliklə insanlarla heyvanların üzərindən keçməsinin mümkün olduğuna inanır. == Mənbə == PBS Video of St.
Berinq boğazı tuneli
Berinq boğazı tuneli - Avrasiyanı Şimali Amerika ilə birləşdirəcək tunel. Tunel Berinq boğazının dibindən keçərək ABŞ-ni Rusiya ilə birləşdirəcək. 22 avqust 2011 tarixində Rusiya tunelin inşasına dəstək verəcəyini bildirib. Nyu-Yorkdan başlayıb Asiya və Avropanı keçərək Londonda sona çatacaq bu nəqliyyat layihəsinin ümumi dəyərinin 60 milyard dollar olduğu bildirilir. 106 kilometr uzunluğunda tunelin inşası ilə qlobal nəqliyyatın yüzdə üçü buradan keçəcək və illik qazanc 7 milyard olacaq. Dünyanın ən uzun dəmir yolu xətti layihəsi olaraq təyin olunan tuneldən sərnişin və yük daşınması həyata keçiriləcək. Rusiyanın şimalındakı Böyük Diomed adasından ABŞ-nin Kiçik Diomed adası arasında tikiləcək tunelin çatışmayan cəhəti Alyaskada dəmir yol xəttinin olmamasıdır. Bu layihə 100 ildir ki, Rusiyanın gündəliyindədir. İlk dəfə 1905-ci ildə çar II Nikolay bu ideyanı irəli sürüb. I dünya müharibəsinin başlanması bu ideyanı həyata keçirməyə imkan verməyib.
Berinq
== Şəxslər ==
Berinq (dəqiqləşdirmə)
== Şəxslər ==
Berinq adası
Berinq adası — Komandor adalarının tərkibinə daxil olan ən iri ada. Kamçatka yarımadasından Kamçatka boğazı ilə ayrılır. Boğaz Sakit okeanı ilə Berinq dənizini birləşdirilir. İnzibati cəhətdən Rusiyanın Kamçatka diyarının Aleut rayonu ərazisinə daxildir. Adada Vitus Berinqin qəbri yerləşir. == Xüsusiyyətləri == Berinq adası bir necə on kilometrlərlə aralıda yerləşən Mednı adasından Admiral Kuzneçov boğazı ilə ayrılır. Adanın uzunluğu 90 km, eni 24 km təşkil edir. Komandor adalarına daxil olan digər adalar kimi Berinq adasıda sualtı silsilələrlə Alyaska yarımadasına qədər uzanır. == Əhalisi == Adada yegahə yaşayım məntəqəsi Nikolskoye kəndidir. 2005-ci il məlumatına görə adada 752 nəfər yaşayır.
Berinq burnu
Berinq burnu (çuk. Энмыльын, esk. Ынмылин) — Çukot yarımadası şərq sahillərində yerləşən, Berinq dənizinin suları yuyulan burun. İnzibati cəhətdən Çukot Muxtar Rayonunun Providenski rayonu ərazisinə daxildir. Anadır körfəzinin şimal-şərqində qərarlaşır. 402 metr hündürlüyə malikdir. 2,5 km aralıda isə Enmelen kəndi yerləşir. Çukca dilində çuk. Энмыльын — «Qayalı» mənasını verir. Burun ilk dəfə Fyodor Litkenin 1828-ci ildə təkil etdiyi dövrü aləm səyahəti zamanı kəşf edilmişdir.
Berinq dənizi
Berinq dənizi — Sakit okeanın şimalında və Avrasiyanın şimal şərqində yerləşən materik kənarı dənizdir. Sakit okeanından cənubda Aleut adaları və Komandor adaları ilə ayrılır. Şimalda Şahzadə Uels burnu və Müqəddəs Lourens adası yerləşir. Berinq boğazı bu dənizi Çukot dəniziylə və Şimal Buzlu okeanıyla birləşdirir. Berinq dənizi Rusiyanın və ABŞ-nin sahillərini yuyur. == Tədqiqatın tarixi == Dəniz – dəniz səyyahı Vitus Berinqin şərəfinə adlandırılmışdır. XVIII əsrin Rusiya xəritələrində dəniz Kamçatka və ya Qunduz dənizi adlanırdı. İlk dəfə Berinq dənizi adı XIX əsrin başlanğıcında fransız coğrafiyaçısı Ş. P. Flioren tərəfindən təklif edilmişdi, ancaq beynəlxalq aləmdə yalnız 1818-ci ildə rus dəniz səyyahı V. M. Qolovnin tərəfindən daxil edilmişdi. == Fiziki-coğrafi vəziyyət == Sahəsi 2,315 milyon kv. kilometrdir.
Berinq qarabatdağı
Berinq qarabatdağı (lat. Phalacrocorax pelagicus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sümsükquşukimilər dəstəsinin qarabatdaqlar fəsiləsinin qarabatdaq cinsinə aid heyvan növü.
Vitus Berinq
Vitus Berinq — Danimarkalı səyyah. Vitus Berinq, Rusiya Dəniz Donamasında xidmət etmişdir. Xidmət müddətində İvan İvanoviç adı ilə tanınırdı. Berinq, Alyaska ərazisinə ekspedisiya təşkil etmiş ilk səyyahlardan hesab olunur. Gəmilərlə səfər çıxan berinq, Alyaska yaxınlığında yerləşən adada vəfat etmişdir. Sonradan vəfat etdiyi ada Berinq adası adlandırılmışdır. ABŞ və Rusiyanı bir-birindən ayıran Berinq boğazı da səyyahın adına adlandırılmışdır. Berq L. S. Otkrıtie Kamçatki i gkspediüii Berinqa. 1725–1742. M.; L., 1946; İstoriçeskie pamətniki vtoroy Kamçatskoy gkspediüii.
Xelen Berinq
Xelen Berinq (d. 27 iyul 1964) — Niderlandı təmsil edən su poloçusu. Xelen Berinq, Niderland yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 4:5 hesabı ilə məğlub olan Niderland yığması, Sidney Olimpiadasını dördüncü pillədə başa vurdu.
Anders Berinq Breyvik
Anders Berinq Breyvik (norv. Anders Behring Breivik; 13 fevral 1979) — Norveçli ekstremist və terrorçu. 22 iyul 2011-ci ildə Norveçin paytaxtı Osloda bomba partlayışı və hakimiyyətdəki Əmək partiyasının Ütöya adasında təşkil etdiyi gənclər düşərgəsinin iştirakçılarına qarşı həyata keçirdiyi silahlı hücum nəticəsində 77 nəfəri öldürməkdə və 97 nəfəri yaralamaqda ittiham edilir. Cinayətləri etiraf etsə də, özünü təqsirkar kimi qəbul etmir. Xristianlığın lüteran cərəyanına etiqad edir.
Emil fon Berinq
Emil Adolf fon Berinq (15 mart 1854[…], Lavitse[d], Qərbi Prussiya[d] – 31 mart 1917[…], Marburq) – Alman kimyaçısı, 1901-ci il Tibb və fiziologiya üzrə Nobel Mükafatı laureatı 1854-cü ildə Almaniyanın Hansdorf şəhərində dünyaya gəlib. Valideynləri oğullarını ya ilahiyyatçı, ya da müəllim olmasını arzulayırdılar. Berinq də onların istəyini yerinə yetirərək Köniqsberq Universitetinin ilahiyyat fakültəsinə daxil olmuşdu. Lakin müəllimlərdən biri ona Berlindəki Hərbi Tibb kollecində təhsil almağı məsləhət gördükdən sonra oraya getmişdir. Bu məktəb hərbi cərrahlar hazırlamaq üçün yaradılmışdı. Müdavimlər təhsil haqqından azad idilər. Lakin məzun olduqdan sonra on il orduda xidmət göstərirdilər. Berinq 1880-ci ildə həkim diplomu almış və süvari alayında cərrah köməkçisi vəzifəsinə göndərilmişdi. O, hərbi xidmətdə olduğu dövrdə Bonn Farmakologiya institutunda da təhsilini davam etdirmiş, 1888-ci ildə isə Berlindəki Gigiyena institutuna işə düzəlmişdir. Hərbçi-həkim ordudan tərxis olunduqdan sonra da bu institutda işləmişdir.
Bristol körfəzi (Berinq dənizi)
Bristol körfəzi (ing. Bristol Bay) — Berinq dənizində Alyaska yarımadasının cənub-qərbində yerləşir. Körfəz 320 km materikin daxilinə daxil olur. Ən enli yeri 480 km təşkil edir. Körfəzin dərinliyi 27–84 metrdir. Bu isə körfəzə yalnız balıqçı gəmiıərinin daxil olmasına imkan verir. Körfəzə Toqinak, Nuşaqan, Kviçak və Uqaşık çayları axır. Noyabrdan mart-aprel aylarına qədər üzəri buzla örtülü olur. Qabarma və çəkilmənin hündürlüyü 3,7 metr təşkil edir. Sularında çoxlu sayda balıqlar olur.
Emil Adolf fon Berinq
Emil Adolf fon Berinq (15 mart 1854[…], Lavitse[d], Qərbi Prussiya[d] – 31 mart 1917[…], Marburq) – Alman kimyaçısı, 1901-ci il Tibb və fiziologiya üzrə Nobel Mükafatı laureatı 1854-cü ildə Almaniyanın Hansdorf şəhərində dünyaya gəlib. Valideynləri oğullarını ya ilahiyyatçı, ya da müəllim olmasını arzulayırdılar. Berinq də onların istəyini yerinə yetirərək Köniqsberq Universitetinin ilahiyyat fakültəsinə daxil olmuşdu. Lakin müəllimlərdən biri ona Berlindəki Hərbi Tibb kollecində təhsil almağı məsləhət gördükdən sonra oraya getmişdir. Bu məktəb hərbi cərrahlar hazırlamaq üçün yaradılmışdı. Müdavimlər təhsil haqqından azad idilər. Lakin məzun olduqdan sonra on il orduda xidmət göstərirdilər. Berinq 1880-ci ildə həkim diplomu almış və süvari alayında cərrah köməkçisi vəzifəsinə göndərilmişdi. O, hərbi xidmətdə olduğu dövrdə Bonn Farmakologiya institutunda da təhsilini davam etdirmiş, 1888-ci ildə isə Berlindəki Gigiyena institutuna işə düzəlmişdir. Hərbçi-həkim ordudan tərxis olunduqdan sonra da bu institutda işləmişdir.
Cəbəllütariq boğazı
Cəbəllüttariq boğazı (Gibraltar) — Atlantik okeanı ilə Aralıq dənizi arasında su keçidi. Boğaz tarix boyunca ayrı-ayrı xalqlar tərəfindən fərqli adlarla adlandırılmışdır. Daha çox Herkules sütunları və Melkart sütunları adları ilə tanınır. İndiki adının ərəbcədən tərcüməsi Tariqin dağı deməkdir.Afrika ilə Avrasiya materikinin birləşdirir. 711-ci ildə Əməvi xəlifəsi I Vəlidin dövründə sərkərdə Tariq İbn Ziyadın başçılıq etdiyi islam ordusu gəmilərlə "Yaşıl ada" adlandırılan Andalusiyaya daxil oldu. Tariq ibn Ziyad ordusunu dörd gəmidə daha sonralar öz adı ilə adlanan Cəbəllüttariq boğazından qarşı sahilə keçirdi. Bu tarixdən Avropanın cənubunda Kordova xilafəti adlı islam dövləti yarandı.
Cəbəllüttariq boğazı
Cəbəllüttariq boğazı (Gibraltar) — Atlantik okeanı ilə Aralıq dənizi arasında su keçidi. Boğaz tarix boyunca ayrı-ayrı xalqlar tərəfindən fərqli adlarla adlandırılmışdır. Daha çox Herkules sütunları və Melkart sütunları adları ilə tanınır. İndiki adının ərəbcədən tərcüməsi Tariqin dağı deməkdir.Afrika ilə Avrasiya materikinin birləşdirir. 711-ci ildə Əməvi xəlifəsi I Vəlidin dövründə sərkərdə Tariq İbn Ziyadın başçılıq etdiyi islam ordusu gəmilərlə "Yaşıl ada" adlandırılan Andalusiyaya daxil oldu. Tariq ibn Ziyad ordusunu dörd gəmidə daha sonralar öz adı ilə adlanan Cəbəllüttariq boğazından qarşı sahilə keçirdi. Bu tarixdən Avropanın cənubunda Kordova xilafəti adlı islam dövləti yarandı.
Devis boğazı
Devis boğazı ing. Devis Strait — Qrenlandiya adasını Baffin Torpağı (Kanada Nunavut vilayəti) adasından ayırır. Eni 300–950 km arası dəyişir. Ən dərin yeri 3660 m-dir. Baffin dənizini Labrador dənizi ilə birləşdirir. Sularında zəngin neft və Qaz yataqları vardır. Boğaz ingilis dəniz səyyahı Con Devisin (1550–1605) şərəfinə adlandırılmışdır. O bölgəyə bir neçə səfərlər təşkil etmiş Baffin torpağı və Qrenlandiya adalarını öyrənmişdir. Boğaz və onun sahilləri Devis tərəfindən kəşf edilmişdir.
Diana boğazı
Diana boğazı (rus. Дианы пролив) — Sakit okeanına daxil olan Şumişir adasını Ketoy adasından ayırır. Oxot dənizini Sakit okeanı ilə birləşdirir. Uzunluğu 15 km, ən dar eni isə 20 km təşkil edir. Dərinliyi 500 m-ə çatır. Sahilləri sıldırımlı və qayalıdır. Boğazda Severo-Zapadnıy, Sovetskıy, Storojevoy, Otvestnıy (Şimuşir) və Lejbişnıy, Monolitnıy, Onruqlıy (Ketoy) burunları vardır. Boğazın sahillərində dərinlik 1,0 m təşkil edir. Boğazın şimal sahillərində çoxlu sualtı və suüstü daşlar vardır. Boğazın cənubunda Brout, şimalında isə Diana və Yujnıy buxtası vardır.
Dominika boğazı
Dominika boğazı (ing. Dominica Passage; fr. Canal de la Dominique) — Fransanın asılı ərazisi olan Qvadelupanın tərkibinə daxil Mari-Qalant adasının şimalını Dominika adasının cənubdaan ayıran boğaz. Boğazın eni 26 km, uzunluğu 58 km-dir. Atlantik okeanını Karib dənizi ilə birləşdirir. 1987-ci ildə Fransa ilə Dominika arasında Dominika boğazında sərhədin delimitasiyası haqqında saziş imzalanmışdır.
Dreyk boğazı
Dreyk boğazı Atlantik okean və Sakit okeanı birləşdirir (əgər Cənub okeanının sərhədləri dəqiq müəyyənləşsə onda boğazın bir hissəsi məhz bu okeanın ərazisinə düşər.) Şimalda Odlu torpaq, cənubda isə Cənubi Setland adaları arasında yerləşir. O, dünyanın ən enli boğazıdır. Belə ki, onun eni 820 km təşkil edir. Burada güclü qərb passat küləkləri əsir. Həmçinin dünyada ən güclü fırtınalar da burada baş verir. Küləyin sürəti 35 m/s, dalğanın hündürlüyü isə 15 m təşkil edir. Cənubi Amerikanın ən ucqar yeri Dieqo-Ramires adası məhs burada yerləşir. Ən ucqar nötqə isə Horn burnudur. Boğaza əfanəvi ingilis dənizçisi və dəniz qulduru Frensis Dreykin şərəfinə onun adı verilmişdir. Dreyk bu boğazdan 1578-ci ildə üzüb keçən ilk avropalı olmuşdur.
Dundas boğazı
Dundas boğazı (ing. Dundas Strait) — Şimal ərazisi (Avstraliya) torpaqlarında yerləşir. Melvill adasını Koburq yarımadasından ayırır. Ərazidə Garig Gunak Barli Milli Parkı yerləşir. Arafur dənizini Van Dimen körfəzi ilə birləşdirir.
Dunkan boğazı
Dunkan boğazı - Hind okeanınında yerləşən Böyük Andaman arxipelaqına daxil olan Rutland asını Kiçik Andaman adalarından ayırır. Hind okeanında yerləşən Andaman dənizini Benqal körfəzi ilə birləşdirir. Boğaz daxilində kiçik adalar arası Bacılar, Şimal Qardaş və Cənub Qardaş boğazları vardır.
Dzivna boğazı
Dzivna boğazı (pol. Dziwna, alm. Dievenow‎) — Polşanın Volin adasını materikdən ayırır. Şeçin laqununu Baltik dənizinin akvatoriyasına daxil olan Pomor buxtası ilə birləşdirir. Baltik dənizindən gələn güclü küləklər axının istiqamətini müəyyənləşdirir. Uzunluğu 32,4 km təşkil edir. Boğazn şimalında Kamenski körfəzi vardır ki, onun da daxilində Xronşevka adası yerləşir. Sahillərində dörd dəniz limanı vardır: Volin, Seroslov, Kamen-Pomorski və Dzivnuv.
Eterikan boğazı
Eterikan boğazı (rus. Этерикан пролив, saxa Этэрикээн силбэһиитэ) -Şimal Buzlu okeanında yerləşən Laptevlər dənizi ilə Şərqi Sibir dənizini birləşdirir. Kiçik Lyaxovski adasını (şimal-şərqdə) Böyük Lyaxovski adasından (cənub-şərqdə) ayırır. Uzunluğu 25 km, eni 13 km, ən dərin yeri 10 m təşkil edir. Sahilləri alçaq və bataqlıqdır. Boğazın cənubunda Balşoy Vankin burnu yerləşir. Əraziyə çoxlu sayda çay və arxlar tökülür. Çaylara misal: Tinkin, Uyorqaki, Bazisnıy və Vankina. Şimal hissədə Tollya buxtası və Uyorqaki laqunu vardır. Sahilində yaşayış məntəqəsi yoxdur.
Florida boğazı
Florida boğazı — Meksika körfəzi ilə Atlantik okeanı birləşdirir. Şimalda Florida yarımadası və Florida-Kis adalarını Kuba adasından ayırır. Uzunluğu 650 km, eni 150 km, orta dərinliyi isə 150 m təşkil edir. Boğaz ərazisindən Florida cərəyanı keçir. Boğaz ABŞ və Kuba arasında sərhəd təşkil edir.